Kasilyasın xeyriyyə matçı
Madrid «Real»ının qolkiperi İker Kasilyas özünə yaxın futbol ulduzlarını bir araya yığaraq, xeyriyyə tədbiri keçirib. Xeyriyyə tədbirləri sırasına daxil futbol matçında Luis Araqonesin rəhbərlik etdiyi Kasilyasın komandası 5:3 hesablı qələbə qazanıb.

Araqonesin başçılıq etdiyi komandada meydana
Kasilyasla yanaşı, Butraqenyo, Yerro, De la Red, Morata, Çema Martines, Xose Mariya Manzanares, Santyaqo Sequra, Sebastyan Bellusyo, Xose Riko, Melendi, Manuel Kixano, Raul Kixano, Endi, San-Bernardinyo və Adrian Rodriges çıxıblar.

Məşqiçisi Xose Ramon Sandoval olan digər komandada Kodina, Moryentes, Quti, Alvaro Benito, Lyorente, Karlos Sobera, Alberto Kontador, Anri Mendes, Xussyo Cons, Devid Otero, Oskar Kixano, Hektor Polo, Luka, Florentino Fernandes «Men in Black» və Hiesso oynayıblar.

İdman.com.az saytının məlumatına görə, Kasilyasın komandasının 5:3 üstün olduğu matçda qolları qaliblərdən Morata, Butraqenyo, De la Red (2) və Adrian, qarşı tərəfdən Alvaro Benito və «Men in Black» vurublar.

Xəbər 1029 dəfə oxundu.