«Ayaks», PSV və «Anderlext» birgə çempionat istəyirlər
Niderland və Belçikanın aparıcı klubları «Ayaks», PSV və «Anderlext» ölkələrinin birgə çempionatının keçirilməsinin tərəfdarlarıdı. İdman.com.az saytı xəbər verir ki, bu məlumatı Belçika «Standard»ının prezidenti Rolan Düşatel yayıb:

«Biz mümkün qədər tez zamanda bu turnirin yaradılması işinə başlamalıyıq. Hər şey iki il ərzində edilə bilər. Artıq «Ayaks», PSV və «Anderlext» liqana iştiraka öz razılıqlarını veriblər. Əgər birgə çempionatı təşkil etmək mümknü olmasa, onda «Standard» Fransa çempionatında iştiraka cəhd edə bilər.

Xəbər 995 dəfə oxundu.