“Qalatasaray” Coleon Leskottu heyətinə qata bilər
Türkiyə Superliqasının ilk dövrəsini lider başa vuran “Qalatasaray” İngiltərə millisinin və “Mançester Siti”nin müdafiəçisi Coleon Leskottu heyətinə qata bilər. “Şəhərlilər” təcrübəli futbolçunu 8 milyon funt-sterlinqə satmağa hazırlaşır.

İngilis mətbuatının verdiyi xəbərə görə, 30 yaşlı oyunçu ilə 3 klub yaxından maraqlanır və bunlardan da biri İstanbul təmsilçisidir. Həmçinin 2010-cu ildə “Everton”dan transfer edilən (27.5 milyon) Leskott da komandasını dəyişmək fikrindədir. Çünki Coleon həmişə meydana ilk “11-lik”də çıxmaq istəyir.

Lakin “Mançester Siti”nin baş məşqçisi Roberto Mançini isə onun yerinə gənc futbolçu Matiya Nastasiçə üstünlük verməyi düşünür. Elə buna görə də Leskottun ”Cim-Bom”a keçidi daha yaxın görünür.

Qeyd edək ki, 1.88 sm boya malik olan Leskott Mançester klubunda ayına 90 min funt-sterlinq qazanır.

Xəbər 1052 dəfə oxundu.