Maykl Oven yenidən İspaniyaya qayıtmağa yaxındır
İngiltərə milli komandasının sabiq futbolçusu və hazırda “Stok Siti”in heyətində çıxış edən Maykl Oven yenidən İspaniyaya qayıtmağa çox yaxındır. Hücumçu ilə La Liqa təmsilçisi “Espanyol” yaxından maraqlanır.

Həmçinin Kataloniya klubu Ovenə yaxın günlərdə təklif göndərib və yanvar ayının sonuna qədər heyətinə qatmağı planlaşdırır. “Stok Siti”də forma geyinmə şansı az olan 33 yaşlı forvard, “Espanyol”un təklifi ilə razılaşa bilər. Çünki ispan klubu ona yüksək məvacib vermək niyyətindədir.

Qeyd edək ki, Maykl Oven 2004-2005 mövsümündə “Real”ın heyətində çıxış edib. Burada o, 36 qarşılaşmada forma geyinib və 13 dəfə rəqib qapıçılarını məyus edib.

Xəbər 3908 dəfə oxundu.