Superliqanın ilk yarı statistikası
Türkiyə Superliqasının ilk yarısı geridə qalıb. Ötən dövrə qiymət vermək üçün onun statistik göstəricilərini nəzərdən keçirməyin faydası ola bilər.
İdman.com.az saytı xəbər verir ki, keçirilmiş 12 matçda ev sahibləri 62 oyunda (41 %), qonaqlar 39 matda (25 %) qalib gəliblər. 51 görüş (34 %) heç-heçə başa çatıb. İlk yarıda meydan sahibləri 50 oyunda (33 %), qonaqlarsa 38-də (25 %) üstün olublar. 64 matçda (42 %) komandalar fasiləyə bərabər hesabla yollanıblar.

Ən çox qol oyunların son 10 dəqiqəsində vurulub. Bu həlledici dəqiqələrdə futbolçular 74 qol (bütün qolların 17 %-i) vurublar. Öncəki ondəqiqələrdəki göstəricilər isə belədi: 1-10-cu dəqiqələr – 34 qol (8 %), 11-20-ci dəqiqələr – 30 qol (7 %), 21-30-cu dəqiqələr – 35 qol (9 %), 31-40-cı dəqiqələr – 36 qol (9 %), 41-50-ci dəqiqələr – 61 qol (15 %), 51-60-cı dəqiqələr – 56 qol (14 %), 60-71-ci dəqiqələr – 44 qol (11 %), 71-80-ci dəqiqələr – 41 qol (10 %).

Çempionatda ən populyar hesab 1:1-dir. 28 görüş (18 %) məhz bu hesabla nəticələnib. 13 oyun 2:1 (9 %), 12 matç 1:0 (8 %), 11 görüş 0:0 (7 %), bir o qədəri də 0:1 (7 %) hesabı ilə başa çatıb.
Futbolçuların fərdi göstəricilər üzrə statistikasını isə aşağıdakı cədvəllər açıqlayır:

Bombardir

Oyunçu (Klub) Q O 1h 2h E S Ort
1. Ümid Bulud (Qalatasaray) 11 16 6 5 4 7 0.68
2. Nəcati Atəş (Əskişəhərspor) 9 14 5 4 6 3 0.64
3. Uqo Almeyda (Beşikdaş) 9 15 4 5 3 6 0.6
4. Burak Yılmaz (Qalatasaray) 9 15 4 5 7 2 0.6
5. Mərd Nobre (Mersin İ.) 9 16 4 5 7 2 0.56
6. Bobo (Kayserispor) 9 16 3 6 5 4 0.56
7. Pyer Vebo (İstanbul Bld.) 9 17 2 7 2 7 0.52
8. Kalu Uçe (Qasımpaşa) 9 17 2 7 5 4 0.52
9. Diomansi Kamara (Əskişəhərspor) 8 16 5 3 4 4 0.5
10. Filip Holosko (Beşikdaş) 8 16 6 2 8 0 0.5

Qol ötürmələri

Oyunçu (Klub) Q O 1h 2h E S Ort
1. Pablo Batalla (Bursaspor) 7 16 2 5 3 4 0.43
2. Rodriqo Tello (Əskişəhərspor) 7 16 3 4 4 3 0.43
3. Manuel Fernandes ( Beşikdaş) 6 13 1 5 2 4 0.46
4. Calma Braume (Qasımpaşa) 6 14 4 2 4 2 0.42
5. Dirk Küyt (Fənərbağça) 5 15 4 1 3 2 0.33
6. Uqo Almeyda (Beşiktaş) 4 14 3 1 2 2 0.28
7. Filip Holosko ( Beşikdaş 4 15 1 3 1 3 0.26
8. İsmail Aissati (Antalyaspor) 4 15 2 2 4 0 0.26
9. Randall Azofeifa (Gənclərbirliyi) 4 13 2 2 3 1 0.30
10. Aydın Qarabulud (Elazığspor) 4 10 2 2 1 3 0.4

Qeyd: Q – qələbə, O – oyun, 1h – 1-ci hissə, 2h – 2-ci hissə, E – evdə, S – səfərdə, Ort – orta.


Xəbər 841 dəfə oxundu.