Kun Daerden Azərbaycandan təklif alıb
Belçika yığmasının sabiq üzvü Kun Daerden Azərbaycandan təklif alıb. Bu barədə 30 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
Futbolçu ölkəmizdən təklif aldığını, amma qəbul etmədiyini bildirib: “Karyeramı davam etdirmək üçün bir çox variantlar var idi. Mənə Yunanıstandan, Kiprdən, hətta Bakıdan zənglər gəlmişdi. Amma mən Hollandiyanın “Villem II” klubunu seçdim. Lakin bu kluba keçidim alınmadı”.
Qeyd edək ki, Daerden karyerası ərzində Belçikanın “Genk” (162 oyun, 24 qol), “Brügge” (47 oyun, 16 qol), “Standard” (26 oyun, 10 qol) və “Sent-Trüiden” (19 oyun, 1 qol) klublarında çıxış edib. O, 2000-2003-cü illərdə Belçikanın U-18 (9 oyun, 3 qol) və U-21 (8 oyun, 3 qol) yığmalarına çağırılan futbolçu 2003-2007-ci illərdə A millidə 9 oyun keçirərək 3 qola imza atıb.

Xəbər 970 dəfə oxundu.