Kriştian Ronaldo PSJ-yə keçməyəcək
“Real”ın hücumçusu Kriştian Ronaldo PSJ-yə keçməyəcək. Bu barədə fransız klubunun baş məşqçisi Karlo Ançelotti məlumat verib:
“Ronaldonun komandamıza keçmək ehtimalı yoxdu. Söhbət puldan getmir, sadəcə, “Real” onu itirmək istəmir. Qəzetlər son vaxtlar bu barədə çox yazır. Amma bütün bunların mənası yoxdu. Lukas Mouranın gəlişindən sonra əsas komandada 30 futbolçumuz olacaq. Başqa heç kimi istəmirəm”.

Xəbər 1119 dəfə oxundu.