Çexiya milli komandasının futbolçusu həlak olub
Çexiya milli komandasının sabiq futbolçusu Vaslav Drobnı həlak olub. Vətənində kurort şəhərində gecə dağ xizəyi şossesində sürüşən 32 yaşlı müdafiəçi ağaca girib. O, xəstənaxaya ağır vəziyyətdə gətirilib və həkimlər həyatını xilas edə bilməyib. Polis faciənin səbəblərini araşdırır.

Qeyd edək ki, millisində 2 oyun keçirən Drobnının klub karyerası İngiltərədə “Aston Villa”, Almaniyada “Ausburq”, Fransada “Strasburq”, vətənində “Sparta” və “Bogemians”a bağlı olub

Xəbər 798 dəfə oxundu.