AFFA 2012-nin son cəzasını “Neftçi”yə kəsdi
AFFA-nın İntizam Komitəsinin 2012-ci ildə son yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Topaz Premyer Liqasının təxirə salınmış VII turunun "İnter" - "Neftçi" matçında baş verən hadisə müzakirə olunub.

Oyunun 12-ci dəqiqəsində "Neftçi"nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atılması “ağ-qaralar”a baha başa gəlib. Buna görə klub 2000 manat cərimə olunub.

affa.az

Xəbər 983 dəfə oxundu.