Rusiya millisinin yeni baş məşqçisi
Kişi voleybolçulardan ibarət Rusiya millisinin yeni baş məşqçisinin adı məlum olub. Şimal qonşularımızın əsas komandası Andrey Voronkova tapşırılıb.

O, hazırda Novosibirskin “Lokomotiv” klubunu çalışdırır. Bugünlərdə Rusiya Voleybol Federasiyasının prezidenti Stanislav Şevçenko mütəxəssisin adını rəsmi olaraq açıqlayacaq və Voronkov müqaviləyə imza atacaq.

Xəbər 1010 dəfə oxundu.