«Fənər» Emenike üçün 10 milyon verir
Moskva «Spartak»ının 25 yaşlı hücumçusu Emmanuel Emenike keçmiş klubu «Fənərbağça»nın maraq dairəsinə düşüb. İdman.com.az saytı xəbər verir ki, İstanbul klubu artıq qırmızı-ağlara rəsmi təklif göndərib. Tərəflər danışıqlara başlayıblar. Hazırda danışıqlarda ən mürəkkəb məsələ transferin dəyərinin müəyyənləşdirilməsidi.

«Spartak» nigeriyalı üçün ən azı 15 milyon avro istəyir. «Fənər» isə 10 milyondan çox vermək istəmir. Məhz bu məbləğə Emenike ötən ilin yayında Moskva klubuna keçib. Cari mövsümdə forvard «Spartak»ın formasını müxtəlif turnirlərdə 22 dəfə geyinib və 8 qol vurub.

Xəbər 925 dəfə oxundu.