Türkiyədə məşqçi döyüşü
Türkiyə Superliqasında ilk yarı geridə qalarkən baş məşqçilərin bu dövrdəki oyunlarda etdikləri oyunçu dəyişikliklərini dəyərləndirmək maraqlı olar. İdman.com.az saytının məlumatına görə, burada ümumilikdə məşqçilərin müqayisəsi ilə yanaşı, yerli və xarici mütəxəssislərin müqayisəsi xüsusi maraq doğurur. Bəs oyunçu dəyişikliklərinin ardından komandasına ən çox xal qazandıran baş məşqçi kim idi? Bunun cavabını aşağıdakı cədvəldən tapaq.

«Elazığspor»un başına keçən Yılmaz Vuralın oyuna müdaxiləsi və komandanın buna reaksiyası liqada digər komandalardan fərqlənərkən, sonrakı uğurlular Aykut Qocaman («Fənərbağça»), Şota Arvaledze («Qasımpaşa»), Məhməd Özdilək («Antalyaspor») və Fuad Çapadı («Gənclərbirliyi»). Bu cədvəldə ilk olaraq oyunçu dəyişikliklərindən sonra qazanılan, sonra isə itirilən xallar göstərilir.

Baş məşqçi Komanda QX İX
Fateh Terim Qalatasaray 5 0
Aykut Qocaman Fənərbağça 7 1
Şenol Güneş Trabzonspor 6 7
Karlos Karvahal İstanbul Bld. 0 4
Ərsun Yanal Əskişəhərspor 5 5
Rıza Çalımbay Sivasspor 1 6
Ərtoğrul Sağlam Bursaspor 5 5
Fuad Çapa Genclerbirliyi 7 4
Hikmət Qaraman Qaziantepspor 1 6
Şota Arveladze Qasımpaşa 7 4
Nurullah Sağlam Mersin İ. 4 5
Hektor Kuper Orduspor 4 3
Məhməd Özdilək Antalyaspor 7 4
Həmzə Həmzəoğlu Akhisar Bld. 3 3
Mikael Skibbe Qarabükspor 3 0
Bülənd Uyğun Elazığspor 0 2
Səməd Aybaba Beşikdaş 5 5
Robert Prosineçki Kayserispor 2 4
Yılmaz Vural Elazığspor 8 2
Məsud Bakkal Qarabükspor 2 1
Bülənd Qorxmaz İstanbul Bld. 0 2

Xəbər 1061 dəfə oxundu.