Məşqçi futbolçunu döydü
Katolik İngiltərədə bir çox klublar bayramlar edərkən onlardan biri qalmaqalla başa çatıb. İdman.com.az saytının məlumatına görə, «Everton»un milad bayramı xoşagəlməz halla nəticələnib.

Liverpulda baş məşqçi Devid Moyes və komandanın əsas heyətinin oyunçularının iştirak etmədiyi gecədə qalmaqalın iştirakçıları «Everton»un gənclər akademiyasının məşqçilərindən biri Mik O`Brayen və klubun qadınlardan ibarə komandasının qapıçısı Deniel Hill olublar.

Onların arasında nə baş verdiyi dəqiq məlum olmasa da, Hill polisə müraciət edərək, ona hücum çəkildiyini və üzündəki zədələrlə xəstəxanaya yollandığını bildirib. Polis hadisə ilə bağlı istintaqa başlayıb. İdarədə ilk növbədə davanı kimin başladığını müəyyənləşdirmək istəyirlər.

Elə «Everton»un özündə də daxili təhqiqat başlayıb. Bu təhqiqatın başa çatmasına qədərsə qalmaqalın hər iki iştirakçısı öz vəzifələrindən uzaqlaşdırılıb.

Xəbər 867 dəfə oxundu.