AZAL Rusiya və Finlandiya klublarına qarşı
Türkiyədə təlim-məşq toplanışı keçəcək AZAL-ın yoxlama oyununda qarşılaşacağı rəqiblərdən ikisi müəyyənləşib. Baş məşqçi Vaqif Sadıqov yetirmələrini Rusiya və Finlandiya klubları ilə oyunlarda sınayacaq.
Belə ki, AZAL yanvarın 29-da Rusiyanın “Kuban” klubu ilə üz-üzə gələcək. Fevralın 1-də isə rəqib Finlandiyanın HİK kollektivi olacaq. Digər rəqiblərin adı isə hələ dəqiqləşməyib.

Xəbər 921 dəfə oxundu.