İlin ən yaxşı futbolçusu müəyyənləşib
Almaniyada 2012-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Almaniya Futbol İttifaqının bununla bağlı keçirdiyi sorğuda yığmanın yarımmüdafiəçisi Məsut Özil hamını qabaqlayıb. Madrid “Real”ının 24 yaşlı futbolçusu səslərin 33 faizini toplayıb.

İkinci yeri 14 faizlə “Latsio”nun hücumçusu Miroslav Kloze tutub. Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Markus Roys 12 faizlə 3-cü olub.

Xəbər 816 dəfə oxundu.