UEFA Latviya və Litvanın istəyini gözündə qoydu
Latviya və Litva Futbol Federasiyası vahid çempionat yaratmaq üçün UEFA-ya müraciət edib.

Futbol qurumu bu layihəyə icazə vermir. Hələ ki, UEFA ilə danışıqların ilkin mərhələsi yekunlaşıb. Layihəyə əsasən təşkil olunacaq çempionatın birinci mərhələsində adı çəkilən ölkələrdən 10 klub iştirak edəcək. Ən yaxşı və pis 5 komanda seçiləcək. İkinci dövrədə isə 5 Latviya və Litva komandası birincilik uğrunda mübarizə aparacaq.

Maraqlı odur ki, avrokuboklarda bu ölkələrin təmsilçiləri yerlərini necə bölüşdürəcək

Xəbər 808 dəfə oxundu.