Viktor Mendi sabiq klubuna qayıda bilər
"Qəbələ"nin Senenqal əsilli fransız hücumçusu Viktor Mendi karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Təcrübəli futbolçu PTT I liqada mübarizə aparan "Bucaspor"un maraq dairəsinə düşüb.

Aşağı dəstə təmsilçisi 2011-ci ilin yayında "Qəbələ"yə satdığı forvardı yenidən komandaya qaytarmaq niyyətindədi. Türkiyə mətbuatının yazdığına görə, "Bucaspor" rəsmiləri artıq Mendi ilə əlaqə saxlayaraq təklif irəli sürüblər. Qaradərili forvardın buna necə cavab verəcəyi hələ bilinmir.

Qeyd edək ki, Mendi "Qəbələ"dən öncə çıxış elədiyi "Bucaspor"a Fransanın "Metz" klubundan keçmişdi.

Xəbər 1720 dəfə oxundu.