“Neftçi”nin qalmaqallı futbolçusu özünə klub tapdı
“Neftçi” klubunun sabiq futbolçusu Emil Mpenza özünə yeni klub tapıb. Lent.az-ın məlumatına görə, belçikalı hücumçu Polşa çempionatının II divizionunda çıxış edən “Dolkan Zabki” ilə 1 illik müqavilə bağlayıb.

Paytaxt Varşavadan 20 km aralıdakı eyniadlı şəhərin təmsilçisi yeni mövsümə hazırlaşır. Çempionat martda başlayacaq. 34 yaşlı forvardın həmin vaxtadək fikrini dəyişəcəyi istisna olunmur.

Qeyd edək ki, Emil Mpenza 2010-cu ilin avqustunda “Neftçi”yə İsveçrə “Syon”undan keçib. O, 2012-ci ilin əvvəllərində baş məşqçi Böyükağa Hacıyevin qərarı ilə transferə çıxarılıb. Lakin Mpenza flaqmanın ona borclu olacağını deyərək, məhkəmə ilə hədələyib.

Xəbər 991 dəfə oxundu.