"Rəvan"dan gedənlərin sayı artır
Mövsümə uğursuz başlayan və 3 dəfə baş məşqçi dəyişikliyinə gedən "Rəvan"ın demək olar ki, ilk "altılıq" iddiası qalmayıb. Bunu nəzərə alan rəhbərlik bəzi legionerləri göndərməyi düşünür.

Artıq Amit Quluzadə və Ekrem Hodziçlə münasibətlərinə qarşılıqlı razılıq əsasında son qoyan "sığortaçılar" daha iki əcnəbi futbolçu ilə yollarını ayırır.

Bunlardan biri serbiyalı hücumçu Nemanya Vidakoviç, digəri isə qanalı yarımmüdafiəçi Fransis Bosmandı. Böyük ehtimalla hər iki futbolçu komandadan göndəriləcək.

Xəbər 971 dəfə oxundu.