Futzal üzrə MDB çempionatının tarixİ müəyyənləşib
Futzal üzrə MDB çempionatının start götürəcəyi tarix müəyyənləşib. Bunu Rusiya Mini Futbol Assosiasiyasının prezidenti Emil Əliyev açıqlayıb.
Əslən azərbaycanlı olan qurum başçısı Konstantin Yeryomenko adına Avrasiya kubokunun gələn il sentyabrın 1-də start götürəcəyini bildirib: “Əgər razılıq əldə etsək, 2013-cü il sentyabrın 1-də yarışa start veriləcək”.
Əliyev verdiyi müsahibədə yanvarın 28-də Rusiyanın paytaxtı Moskvada turnirin təşkili ilə bağlı ilk yığıncağın baş tutacağını da bildirib.
Qeyd edək ki, Azərbaycan çempionu “Araz” da yarışa dəvətlilər sırasındadır.

Xəbər 848 dəfə oxundu.