“Neftçi” futbolçularını istirahətə buraxıb
Son Azərbaycan çempionu “Neftçi” futbolçularını istirahətə buraxıb. Komanda üzvləri yanvar ayının 6-da yenidən bir araya gələcək.

“Ağ-qaralar” 11.01.2013-cü il tarixindən etibarən Türkiyənin Antalya şəhərində hazırlığa başlayacaq. İki mərhələli hazırlıq fevral ayının 3-də başa çatacaq. Bu müddətdə “Neftçi” bir-neçə yoxlama görüşündə qüvvəsini sınayacaq.

Xəbər 1121 dəfə oxundu.