Ronaldo "Real"ın təklifini rədd etdi
“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo klubun ona təklif etdiyi yeni müqavilədən imtina edib.

İspan mətbuatının yazdığına görə “kral klubu” portuqaliyalı futbolçuya 2018-ci ilə qədər müqavilə təklif edib və məvacibinin ildə 15 milyon avroya qədər artıracağını bildirib. Amma Ronaldo Madrid təmsilçisində müqaviləsi başa çatandan sonra azad agent kimi başqa kluba keçmək istəyir.

Ronaldonun “Real”da qalmaq istəməməyinin səbəbi kimi onun komanda yoldaşları və baş məşqçi Joze Mourinyo ilə münasibətlərinin korlanması göstərilir.

Qeyd edək ki, ulduz futbolçunun klubla müqaviləsi 2015-ci ilin iyul ayına qədərdi. Ronaldonun xidmətində PSJ və keçmiş komandası “Mançester Yunayted” maraqlıdı.

Xəbər 837 dəfə oxundu.