"Mançester Yunayted" ciddi itki ilə üzləşib
"Mançester Yunayted" ciddi itki ilə üzləşib. “Qırmızı-şeytanlar”ın forvardı Ueyn Runi ötən tur "Suonsi" ilə səfər matçında (1:1) dizindən zədələnərək sıradan çıxıb.

Bu xəbəri Mançester təmsilçisinin baş məşqçisi Aleks Ferqyuson da təsdiqləyib. Şotlandiyalı çalışdırıcı İngiltərə Premyer Liqasının 19-cu turunda “Nyukasl”la (4:3) qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, "Mançester Yunayted" 46 xalla turnir cədvəlinin vahid lideridir.

Xəbər 835 dəfə oxundu.