Lionel Messi “Barselona”nı tərk etdi
“Barselona”nın ulduz futbolçusu Lionel Messi yeni il bayramını keçirmək üçün vətəni Argentinaya gedib. Hücumçunu hava limanında onu sevən bir çox azarkeş qarşılayıb.

Daha sonra o, sevgilisi və oğlu ilə birgə valideyinlərinin yanına yollanıb. 2012-ci ili 91 qolla başa vuran Messi burada jurnalistlərin suallarını cavablandırıb.

Lionel vətənində olduğu üçün xoşbəxt olduğunu bildirib:

“Çox sağ olun ki, mənə bu qədər sevgi göstərirsiniz. Məndə burada olduğum üçün çox xoşbəxtəm. Həmişə yeni ili birgə keçirməyimizi arzulayıram”

Xəbər 982 dəfə oxundu.