"İnter" futbol klubunun toplanış planı məlum olub
Komandanın keçirəcəyi təlim-məqş toplanışı gələn ayın 11-dən fevralın 4-dək davam edəcək. Bələkdə yerləşən "Susesi" otelində məskunlaşacaq "İnter" 6 yoxlama qarşılaşması keçirməyi planlaşdırır. Yanvarın 17-də komanda Almaniyanın "Ahlen" komandasıyla görüşəcək. Toplanış çərçivəsində "Amkar"la (Rusiya) da qarşılaşma keçiriləcək. Bu oyun yanvarın 18-də olacaq. Üçüncü yoldaşlıq matçı 5 gün sonra, yəni yanvarın 22-də baş tutacaq. Bu dəfə də "İnter"in rəqibi Almaniya təmsilçisi olacaq. Paytaxt klubu "İnqolstadt "la üz-üzə gələcək. Yanvarın 25-də Ukraynanın "Metallurq"(Zaporojye) komandasıyla qarşılaşacaq "İnter" 5 gün sonra Ukraynanı təmsil edən daha bir komandayla- "Metallurq"la (Donetsk) gücünü sınayacaq.

Qeyd edək ki, toplanış çərçivəsində daha bir matçın keçirilməsi də planlaşdırılır. Fevralın 3-də keçirilməsi nəzərdə tutulan matçda "İnter"in kiminlə qarşılaşacağı hələlik məlum deyil.

Xəbər 828 dəfə oxundu.