Millimizin baş məşqçisi istefaya göndərildi
Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rudiger Hauffe istefaya göndərilib. Bu haqda Lent.az-a Hauffenin özü məlumat verib.
Almaniyalı mütəxəssis öz “Facebook” ünvanından göndərdiyi mesajda gələn il ölkəmizdə olmayacağından təəssüfləndiyini bildirib: “Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə müqavilə müddətim başa çatıb. Artıq ölkənizdə çalışmayacağım dəqiqdi”.
Qeyd edək ki, Rudiger Hauffe Azərbaycan millisinə 2008-ci ilin sentyabrından baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında akademik avarçəkənlərimiz bir sıra nüfuzlu yarışlarda uğurlu çıxış ediblər. Eyni zamanda Aleksandr Aleksandrov və Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Aleksandrov olimpiadada 5-ci, Mustafayeva 12-ci yeri tutub.
lent.az

Xəbər 2321 dəfə oxundu.