“Xəzər Lənkəran” Gökhan Güleçlə müqavilə imzalayıb
“Xəzər Lənkəran” qış transfer pəncərəsinin açılması ərəfəsində ilk transferini reallaşdırıb. Klub bu gün türkiyəli Gökhan Güleçlə 2 illik müqavilə imzalayıb.
“Beşiktaş”ın sabiq futbolçusunun son klubu “Şanlıurfaspor” klubu olub. Peşəkar futbol kariyerasına 2003-cü ildə “İnegölspor”da başlayan 27 yaşlı hücumçu daha sonra “Qaziantepspor” (2004-05, 17 oyun, 4 qol), “Beşiktaş” (2005-07, 35 oyun, 8 qol), “Dənizlispor” (2007-08, 13 oyun, 1 qol), “Bursaspor” (2008-09, 28 oyun, 6 qol), “Kasımpaşa” (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu bu qarşılaşmalarda qapılardan 4 qol keçirib. Bundan başqa, futbolçu “Beşiktaş”la 2005 və 2006-cı illərdə Türkiyə Kubokunu, 2005-ci ildə isə Türkiyə Super Kubokunu qazanıb.

Xəbər 929 dəfə oxundu.