Ən məhsuldar azərbaycanlı futbolçu
Topaz Premyer Liqasının 2012/13 mövsümün ən məhsuldar azərbaycanlı futbolçusu müəyyənləşib. Arxada qalan 18 turdan sonra bombardirlər siyahısına legionerlər başçılıq edir.

5-dən artıq qol vuran 7 oyunçudan hamısı əcnəbidir. Onlar arasında 4 cənubi amerikalı, 2 afrikalı və cəmi 1 avropalı yer alıb. Ən məhsuldar yerli futbolçu isə cəmi 5 qolla 8-12-ci yerləri bölür. Bu da hücumçu yox, yarımmüdafiəçidir. “Qəbələ”nin kapitanı Rəşad Abdullayev 2-si penaltidən olmaqla 5 dəfə fərqlənib. 4-dən artıq qol vuran 18 bombardir sırasında daha 1 yerli oyunçu da var. Bu, “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevdir.

Xəbər 909 dəfə oxundu.