Messi bitmək üzrə olan 2012-ci ili dəyərləndirib
Argentina millisi və "Barselona"nın yarımmüdafiəçisi Lionel Messi bitmək üzrə olan 2012-ci ili dəyərləndirib. Ulduz futbolçu geridə qoymağa hazırlaşdığımız ilin özü üçün uğursuz olduğunu bildirib:

"Önəmli olan komandanın uğurudu. Çempionlar Liqasının yarımfinalında "Çelsi"nin qapısına vura bilmədiyimi penaltini hələ də unuda bilmirəm. "Barselona"ya uğur qazandırmıramsa, vurduğum qolların heç bir mənası yoxdu".

Xatırladaq ki, Messi bu il vurduğu 91 qolla Herd Müllerin (85) rekordunu qırıb.

Xəbər 886 dəfə oxundu.