Mövsümünün ən intizamsız futbolçuları müəyyənləşib
Topaz Premyer Liqasının 2012/13 mövsümünün ən intizamsız futbolçuları müəyyənləşib.“Simurq”un futbolçusu Rasim Ramaldanov və “Qəbələ”nin yarımmüdafiəçisi Aleksandr Çertoqanov hamıdan çox vərəqə alıblar.

Bu 2 oyunçudan hərəsi ümumilikdə 9 vərəqə alıb. Rasim 8 sarı və 1 qırmızı, Aleksandr isə 7 sarı və 2 qırmızı vərəqə ilə cəzalanıb. Sonuncunun aldığı 4 “sarı” “qırmızı”ya çevrilənlərdirsə, Rasim birbaşa qırmızı alıb.

Ümumiyyətlə, 2 futbolçu mövsümün ilk 18 turunda 2 dəfə meydandan qovulub. Çertoqanovla yanaşı belə cəzaya “Qarabağ”ın oyunçusu Qara Qarayev layiq görülüb. Lakin o, 1 dəfə birbaşa, 2-ci sarıya görə meydanı tərk edib.

Hərəyə 1 qırmızı vərəqə alanlardan lider olan Rasimin izləyiciləri isə komanda yoldaşı İlkin Qırtımovla “Sumqayıt”lı Uğur Pamukdur. Onlar birbaşa aldıqları qırmızıdan başqa 5 dəfə sarı ilə cəzalandırılıb. 1 oyunda “sarı+sarı=qırmızı” prinsipi ilə cəzalanan “Qəbələ”li Ürfan Abbasov da daha 5 matçda xəbərdarlıq alıb.

Meydandan qovulmayanlar arasında ən çox “sarı” görənlərin siyahısına isə Samuel Barlay (Rəvan), Slavik Alxasov (Sumqayıt), Mario Bojiç (Simurq) başçılıq edirlər. Onlar hərəyə 7 matçda hakimi əlini cibinə atmağa vadar edib.

Xəbər 865 dəfə oxundu.