Vüqar Əsgərov gələcək karyerası ilə bağlı qərar verib
Milli komandamıza dəvət alan Vüqar Əsgərov gələcək karyerası ilə bağlı qərar verib. Hücumçu çıxış edəcəyi klubu müəyyənləşdirib.
Gözlədiyi təklifləri almayan Vüqar çıxış etdiyi Latviyanın “Metallurq” klubunda qalmaq qərarına gəlib. Bundan əvvəlki baş məşqçinin dövründə heyətə düşə bilməyən Əsgərov bu qərarı yeni çalışdırıcı Yanis İnterberqslə görüşdən sonra verib. Yeni baş məşqçi futbolçumuzu komandada görmək istədiyini bildirib.

Xəbər 821 dəfə oxundu.