Lukoviç Türkiyə Superliqasında çıxış edə bilər
“Zenit”in müdafiəçisi Aleksandır Lukoviç Türkiyə Superliqasında çıxış edə bilər. Rusiya mətbuatında serbiyalı futbolçunun adı “Trabzonspor”la hallanır.

Belə ki, 29 yaşlı oyunçu ilə Qara dəniz təmsilçisi yaxından maraqlanır. Lakin Lukoviç Türkiyə çempionatında çıxış etməsini istəməyib və “Trabzonspor”a rədd cavabı verib.

Qeyd edək ki, 1.90 sm boya malik olan müdafiəçi “Zenitə” 2010-cu ildə “Udineze”dən keçib. Bu mövsüm Sankt-Peterburq klubunda 6 matçda forma geyinən Lukoviç, bunlardan yalnız üçündə ilk “11-lik”də meydana çıxa bilib.

Xəbər 889 dəfə oxundu.