Huntelaara «Arsenal» və «Liverpul» daha yaxındır
Klubu ilə müqaviləsi 2013-cü ilin yayında bitəcək «Şalke»nin hücumçusu Klass-Yan Huntelaar qış transfer dövründə komandanı tərk edə bilər. İdman.com.az saytı məlumat verir ki, bukmeker şirkətləri artıq niderlandlının karyerasını harada davam edəcəyi ehtimalları ilə bağlı pul qoyuluşları götürməyə başlayıb.

Qumar kontorlarında olan ehtimallara görə, futbolçunun növbəti klubu olmağa ən çox şans «Arsenal»dadır. Müxtəlif bukmeker şirkətlərində «Arsenal» üçün 2,00 və ya 3,00 əmsalla pul qoymaq olur.

Bununla belə 29 yaşlı oyunçunu digər klublar da izləyir. Məsələn, «Liverpul». «Qırmızılar»ın da Huntelaarı almaq şansını bukmekerlər çox yüksək qiymətləndirirlər. Ona da bukmeker şirkətlərində 5,00 əmsalla pul qoymaq mümkündür. Digər klublardan «Tottenhem» və Çelsi»də bu göstəricilər 12,00-dir.

Xəbər 1057 dəfə oxundu.