«Çelsi» Starrici «Liverpul»a satacaq
«Çelsi»nin forvardı Daniel Starric yanvarın əvvəlində «Liverpul»a satılacaq. Sazişin 12 milyon funt ətrafında dəyərləndii qeyd edilir. İdman.com.az saytının məlumatına görə, londonluların baş məşqçisi Rafael Benites hələ klub rəhbərliyi ilə danışmazdan öncə Starricin satışına öz razılığını vermişdi. Futbolçu bu mövsüm «Çelsi»nin formasını cəmi 1 oyunda geyinib.

Komanda Starrici mersisaydlılara hələ ötən yay satmaq istəyirdi. Lakin bu transferin razılaşdırılmasına vaxt çatmayıb. O zamandan «Liverpul»un hücum xəttini gücləndirməyə ehtiyacı artıb. Hazırda «qırmızılar»ın baş məşqçisi Brendan Rocers hücumda Luis Suaresdən başqa heç kəsə bel bağlaya bilmir.

Xəbər 965 dəfə oxundu.