AFFA daha bir saxtakarlıq faktının üstünü açıb
AFFA daha bir saxtakarlıq faktının üstünü açıb. Bu dəfə U-16 liqasında “lipa” tapılıb.
Belə ki, U-16 liqasının “Bakı kəndləri” – “Bakı 008″ matçında “Bakı 008″in heyətində Əjdər Muradovun saxta lisenziya ilə iştirak etdiyi aşkar edilib. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Həmçinin “Bakı 008″in baş məşqçiləri – Baloğlan Qurbanov və Elsevər Sarıyev futbolçuların lisenziyalarını saxtalaşdırdıqları üçün 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.

Xəbər 967 dəfə oxundu.