“Qarabağ”ın rəqibi müəyyənləşib
“Qarabağ”ın Türkiyə toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarından birinin vaxtı və rəqibi müəyyənləşib. Ağdam təmsilçisinin rəqiblərindən biri Rusiyanın “Ural” klubu olacaq. I divizion təmsilçisi ilə qarşılaşma yanvarın 19-da baş tutacaq.

Qeyd edək ki, “Ural” Rusiya çempionatının I divizionunun turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Xəbər 794 dəfə oxundu.