AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvləri Premyer Liqanın XVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Sumqayıt”la oyunun 74-cü dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqəni alaraq meydandan qovulan “Kəpəz”in futbolçusu Bujamin Asani 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub.
“Qarabağ” “Xəzər Lənkəran”la matçın 73-cü dəqiqəsində azarkeşləri pirotexniki vasitə istifadə etdiyinə görə 1000 manat cərimə edilib. “Qəbələ” ilə matçın 76-cı dəqiqəsində “Turan” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimələnib.
“Sumqayıt”la oyunda “Kəpəz”in 7, “İnter” – “Bakı” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə aldığından onlar 1000 manat cərimə olunub.

Xəbər 802 dəfə oxundu.