“Bakı”nın sabiq üzvü Jaba özünə yeni iş yeri tapıb
“Bakı”nın sabiq üzvü Jaba özünə yeni iş yeri tapıb. Təxminən 6 ay işsiz qalan braziliyalı karyerasını yenidən Azərbaycan klubunda davam etdirəcək.
Amma bu dəfə Şimali Azərbaycan yox, Cənubi Azərbaycan klubunda. Belə ki, 31 yaşlı “sambaçı” “Traktorsazi”yə keçib.
Qeyd edək ki, 2009-cudən 2011-ci ilin sonunadək “Bakı”da çıxış edən Jaba 60 oyunda 17 qol vurub. Bu ilin yanvarında “Antalyaspor”a transfer olunan braziliyalı 8 oyunda 1 qola imza atmışdı. O, əvvəllər Braziliyanın “Koritiba”, Türkiyənin isə “Ankaraspor” və “Ankaragücü” klublarında çıxış edib.

Xəbər 872 dəfə oxundu.