Ən yaxşı onluq açıqlanıb
Avropada bu il futbol çempionatlarının yekunlaşmağı ilə 2012/13 mövsümü üçün . Hesabında 26 qol olan “Barselona”nın futbolçusu Lionel Messi böyük fərqlə irəlidədir. Belə ki, İspaniya çempionatında 1 qolun əmsalı 2 olduğundan, 25 yaşlı argentinalı hücumçunun 52 xalı var.

İkinci yerdə 18 qolla PSJ-nin hücumçusu Zlatan İbrahimoviç gedir. Fransa çempionatının da əmsalı 2 olduğundan, isveçli futbolçu 36 xala malikdir.

Maraqlıdır ki, 3-cü yerdə olan litvalı futbolçu Arturus Rimkeviçius hamıdan çox qol vurub. Litvanın “Şaulyay” klubunda oynayan hücumçu 35 dəfə fərqlənib. Ancaq həm Litva çempionatının əmsalı 1 olduğundan, həm də orada “yaz-payız” sistemi ilə keçirilən mövsüm artıq bitdiyindən və bunun məntiqi nəticəsi kimi futbolçu daha qol vura bilməyəcəyindən, 25 xalla 3-cü yerdədir.

Xəbər 817 dəfə oxundu.