“Qarabağ” istirahətə buraxılıb
“Qarabağ” istirahətə buraxılıb. Premyer Liqanın XVIII turunda “Xəzər Lənkəran”ı məğlub edən komandanın baş məşqçisi Qurban Qurbanov oyun səhəri günü futbolçularla görüşüb.
Komandaya qış fasiləsindən yaxşı yararlanmağı məsləhət görən baş məşqçi geri döndükdən sonra yaxşı durumda olmağın vacibliyini vurğulayıb.
“Qarabağ” bir də gələn il yığışacaq. Komanda 2013-cü ilin yanvarın 9-u bir araya gələcək və təlim-məşq toplanışı üçün birbaşa Antalyaya yollanacaq. Komanda fevralın 3-nə qədər davam edəcək toplanış zamanı Bələkdəki “İC Santai” otelində məskunlaşacaq.

Xəbər 779 dəfə oxundu.