Natavan Qasımova “Bakı-Azəryol” klubundan ayrılıb
Azərbaycan milli komandasının voleybolçusu Natavan Qasımova “Bakı-Azəryol” klubundan ayrılıb. Buna səbəb toppaylayıcımızın daima əsas heyətdə yer almaması olub.

Belə ki, artıq həyat yoldaşı Tunc Afşarla Türkiyəyə yollanan yığmamızın 27 yaşlı kapitanı yeni komanda axtarışlarına da start verib. Hələlik yeni iş yeri tapmayan Qasımova çox güman ki, karyerasını yenidən ölkə xaricində davam etdirəcək. Çünki “Bakı-Azəryol” da Natəvanla müqaviləyə xitam verib.

Yeri gəlmişkən, “Bakı”nın “Azəryolservis”lə birləşməsindən sonra məhz Qasımova birləşmiş komanda - “Bakı-Azəryol”a keçən yeganə oyunçu olmuşdu. Onun gedişindən sonra isə Aleksandr Çervyakovun çalışdırdığı Bakı təmsilçisinin heyətində daha 2 toppaylayıcı qalıb. Bunlar millimizin digər üzvü Şəfaqət Həbibova və yaponiyalı Hiroka Matsuradır.

Qeyd edək ki, toppaylayıcımız 2010/2011 mövsümündə İtaliya “Skavolini”sinin şərəfini

Xəbər 1201 dəfə oxundu.