Şahmat üzrə rayon birinciliyi keçirilib
Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib. Yarışda 8, 10, 12, 14 və 16 yaş qruplarında 60-dək gənc dairəvi sistem üzrə mübarizə aparmışdır. Hər yaş qrupunda I-III yeri tutan şahmatçılara rayon gənclər və idman idarəsinin diplomları təqdim edilmişdir.
AzərTAc

Xəbər 871 dəfə oxundu.