Angelina Qrün Almaniyanın ən yaxşı voleybolçuları sırasına düşüb
“Rabitə” klubunun üzvü Angelina Qrün Almaniyanın ən yaxşı voleybolçuları sırasına düşüb. Belə ki, Almaniyada başa çatmaqda olan ilin ən yaxşı kişi və qadın voleybolçularını müəyyənləşdirmək üçün sorğu keçirilib. Səsvermənin nəticələrinə əsasən Georq Qrotser kişilər, Marqareta Kojux qadınlar arasında hamıdan yaxşı olub. “Rabitə”nin voleybolçusu isə sorğuda 5-ci yeri tutub. “Top-5”ə düşmək üçün ona respondentlərin səslərinin 7 faizi kifayət edib.

Xəbər 1105 dəfə oxundu.