Bojidar Bandoviç: Penalti planlarımızı pozdu
“Oyuna yaxşı başlamadıq. Lakin buna baxmayaraq müdafiədə etibarlı oynayırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib. Cernoqoriyalı mütəxəssis Topaz Premyer Liqasının XVIII turunun “İnter”lə qarşılaşmasındakı 0:1 hesablı məğlubiyyətə şərh verib:

“Lakin bu penalti epizoduna kimi davam etdi. Bütün planlarımızı da penaltidən buraxılan qol pozdu. Qol buraxandan sonra isə bizim hücumlarımız zamanı rəqib yaxşı müdafiə olunurdu. Məhz bu amil bərabərlik qolunu vurmağımıza imkan vermədi”.

Xəbər 801 dəfə oxundu.