Messi müqaviləsini uzadır
İspan «Barselona»sı özünün 3 ulduzu ilə müqaviləsini uzatmaq barədə razılığa gəlib. Bunlar Lionel Messi, Xavi Ernandes və Karles Puyoldu. Messii lə muqavilə 2018-ci ilin iyununadək uzadılacaq, digər ikisi ilə isə 2016-nın yayınadək.

Son illərin ən yaxşı futbolçusu ilə danışıqlar daha uzun gedib və bir sıra suallar ortaya çıxarırdı. Deyilənə görə, Messi öz maaş istəyini açıqlayanda klub rəhbərliyini az qala şoka salıb. İlkin olaraq, «Barselona» ona bonuslar nəzərə alınmadan ilə 13,5 milyon avro ödəmək istəyirdi. Ancaq bu təklif argentinalını razı salmadı. İspan mətbuatının yazdığına görə, Messi 15 milyon istəyib. Onun öncəki maaşı isə 10,5 milyon idi. Futbolçu futbol tarixində ən orijinal müqavilələrdən birinə malikdir.

Belə ki, onun maaşı ilbəil artır. Onun maaşı 10,5 milyon, bonusu 2,5 milyon olduğu halda, deməli növbəti mövsüm 13 milyon alacaq. Son müqavilədə belə bir bənd də var ki, onun şəklinin reklam məqsədi ilə istifadəsinin hüquqları özünə malikdi. Bu da futbolçuya hər il milyonlar gətirir. Ümumilikdə, ispan mətbuatının hesablamalarına görə, Messi bütün gəlirləri hesablanmaqla, ildə 34,55 milyon avro qazanacaq.

İdman.com.az saytının məlumatına görə, «Barselona» argentinalı ilə ömürlük müqaviləyə hazırdır. Lakin FİFA-nın qaydalarına görə, futbolçunun müqaviləsi 5 ildən artıq müddətə bağlana bilməz. Bu səbəbdən də gələn ilin yayında bağlanacaq yeni müqavilə Messini hələlik 2018-ci ilədək «Barselona»ya bağlayacaq.

Digər iki ulduza gəldikdə, Messi kimi «Barselona» məktəbinin yetirməsi olan 3 qat Çempionlar Liqası qalibi (2006, 2009, 2011), UEFA Superkubokunun ikiqat sahibi (2009, 2011), 6-qat İspaniya çempionu (1999, 2005, 2006, 2009, 2010, 2011), ikiqat İspaniya kubokunun sahibi (2009, 2012), dünya klub çempionatlarının ikiqat qalibi (2009, 2011), İspaniya yığmasında dünya çempionu (2010) və ikiqat Avropa çempionu (2008, 2012) Xavi hazırkı müqaviləsinə görə ilə 7,5 milyon avro alır. Çox güman ki, bu məbləğ elə dəyişməz qalacaq. Belə ki, o, yeni müqavilə bağlamaq deyil, müqaviləsini uzatmaq barədə razılığa gəlib.

«Barselona»nın formasını 17 yaşından geyinən, debüt yaşı qədər də klubda oyun təcrübəsi olan Karles Puyol isə indiyədək 5 milyon illik maaş alırdı. İyundan bu məbləğ azalsa da, böyük fərq etməyəcək.

Xəbər 860 dəfə oxundu.