«Mançester Siti» 120 milyon itirib
«Mançester Siti» katastrofik şəkildə böyük məbləğdə pul itirməkdə davam edir. Bu ilin mayında başa çatan son maliyyə ilində klubun bir illik ziyanı 120 milyon avroya bərabər olub. Ancaq bu qədər böyük rəqəmin müqabilində «şəhərlilər»in işinin müsbət istiqamətdə getdiyini söyləmək olar. Belə ki, bundan öncəki ildə mançesterlilər 2 dəfə çox – 243 milyon ziyana düşmüşdülər.

Komandaya Çempionlar Liqasındakı uğursuzluqlar çox pis təsir göstərir. Adətən böyük pulları məhz bu turnirdəki uğurlar qazandırır. Bütün bunlarla yanaşı, komanda gəlirlərini artırıb, o cümlədən televiziya hüquqlarından. «Siti»nin il ərzində gəliri 148 milyon avro olub.

İdman.com.az saytının məlumatına görə, klubun xərclərinin böyük hissəsini futbolçularla hələ 2010-cu ildə bağlanmış müqavilələr təşkil edir. Tezliklə onlar başa çatmalıdı və bu hal komandaya maliyyə plastikliyi verəcək.

Xəbər 986 dəfə oxundu.