Ən məhsuldar qapıçıların növbəti siyahısı açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar qapıçılarının növbəti siyahısını açıqlayıb. Uzun müddətdir vahid liderliyi ələ keçirən braziliyalı Rojerio Seni 105-ci qolu vurub. Bununla da vətənində “San Paulo” klubunda oynayan 39 yaşlı qapıçı ən yaxın izləyicisi, çoxdandır karyerasını bitirən paraqvaylı məşhur Luis Çilaverti artıq 43 qol qabaqlayır. Seni qollardan 50-ni penaltidən, 55-i oyundan vurub.

15 nəfərlik siyahıda olan təmsilçimiz Nizami Sadıqov 14-cü yerdə qalıb. Ancaq ən yaxın izləyicisi argentinalı Kristian David Luççetti 19-cu qolunu vurub. O, hamısına penaltidən imza atıb.

Xəbər 1091 dəfə oxundu.