“Milsami” klubunun hazırlıq planlarına aydınlıq gəlib
Azərbaycan milli komandasının futbolçusu Elhad Nəzirinin çıxış etdiyi Moldovanın “Milsami” klubunun qış fasiləsində hazırlıq planlarına aydınlıq gəlib. Ölkə çempionatının XX turundan dərhal sonra başlayan istirahət gələn ilin yanvarın 14-də bitəcək. Məhz vaxt futbolçular və məşqçilər bir araya gələrək, Kişinyovda “Real-Sukçes” stadionunda ilk məşqinə çıxacaq.

Nəzirinin komandası Moldovada 12 gün hazırlıq keçərək, bundan sonra Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq. “Milsami”dən mövsümün ilk hissəsindən sonra heç bir futbolçudan getmədiyi bildirilir.

Qeyd edək ki, çempionatın son oyunlarında meydana çıxmayan Elhad zədəsini bərpa etdikdən klubunun düşərgəsinə yollanacaq.

Xəbər 848 dəfə oxundu.