Türkiyə Futbol Federasiyası Raul Meylerə ağır cəza verib
Türkiyə Futbol Federasiyası “Fənərbaxça”nın futbolçusu Raul Meylerə ağır cəza verib. Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi portuqaliyalı ulduza 11 oyunluq cəzalandırıb.
Buna səbəb Meyleresin hakim Halis Özkahyaya tüpürməsi və ona “mavi” deməsi səbəb olub. Bu səbəbdən “Fənərbaxça”nın milyonlarla dollar xərclədiyi futbolçu qarşıdakı 11 oyunu buraxmalı olacaq. Klub buna görə 20 min lirə cərimə ödəyəcək. Bundan başqa “Fənərbaxça” oyunçu limtinə əməl etmədiyinə görə əlavə 60 min lirə cərimələnib.
“Qalatasaray” da cəzasız qalmayıb. Belə ki, derbidə azarkeşlərin səsləndirdiyi qeyri-etik şüarlar səbəbindən klub 30 min lirə cərimə edilib. Digər cərimlərlə birlikdə “Cim-Bom” derbiyə görə 50 min lirə cərimə ödəməli olacaq.

Xəbər 863 dəfə oxundu.