Afrikada 2012-ci ilin ən yaxşı futbolçusu
Afrikada 2012-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. “Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture ən yaxşı oyunçu seçilib. Kot-d’ivuarlı futbolçu bu ad uğrunda həmyerlisi Didye Droqba və kamerunlu futbolçu Aleks Sonqu qabaqlayıb.

Qanada təşkil edilən mərasimdə digər mükafatlara sahib olanlar isə bunlardır:

Zambiya milli komandasının baş məşqçisi Herve Renard – “İlin məşqçisi”
Misir yığma komandasının gənc futbolçusu Məhhəməd Saleh – “Gələcəyi vəd edilən oyuçu”
Camal Alhomani – “İlin hakimi”
Kamerun milli komandasının formasını 100-dən artıq geyinən Riqober Sonq – “Əfsanəvi futbolçu”
Sentyabr ayında dünyasını dəyişən Misir yığma komandasının baş məşqçisi Mahmud Əl-Qohari – “Əfsanəvi məşqçi”
“Əl-Əhli” (Misir) – “İlin komandası”
Zambiyalı Stopila Tsunsu və Misirli Məhəmməd Aboutrika – “Afrikada çıxış edən ilin oyunçuları”

Qeyd edək ki, Yaya Ture ötən il də bu mükafata layiq görülmüşdür.

Xəbər 1069 dəfə oxundu.